Yüklənir…

Business İntelligence - Verilənlərinizin intuitiv analizi

4İN, Microsoft Bİ Həlli əsasında hazırlanan interaktiv deşbord və hesabatlarla əməkdaşlarınıza müxtəlif analizləri uğurla aparmaqlarını təmin edir. Strateji əhəmiyyətə malik olan bu analizlər intuitiv və dinamik olmaqla yanaşı, şirkətimiz tərəfindən fərdi tələbatlarınıza uyğun olaraq optimallaşdırılır.

Verilənlər arasındakı asılılıqları Power BI ilə artıq asanlıqla istər kompüter, istərsə də mobil cihazlarla istər proqram tətbiqi, istərsə də brauser vasitəsilə müxtəlif perspektivlərdən rahatlıqla analiz edə bilərsiniz.

4İN sizi bir addım daha irəliyə götürərək, müasir Machine Learning alqoritmləri ilə analizlərinizi daha da zənginləşdirir. Süni intellekt əsaslı bu preskriptiv analizlər qərar vermə prosesininin, o cümlədən biznes proseslərinin optimallaşdırılmasının əsas zaminidir.

Aşağıdakı Power BI həllinin müxtəlif sahələrə tətbiqini nümayiş etdirən analizləri diqqətinizə çatdırırıq.

Seçki 2020

Koronavirus (COVID-19)

Keyfiyyət

Müştəri Analizi

İnsan Resursları

İT Xərcləri

Satış Potensialı

Marketinq

Tədarük Analizi